Gürcüstana səfərini təxirə saldı

ATƏT Parlament Assambleyasının (PA) sədri Pia Kauma Gürcüstana səfərini təxirə salıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kauma “X” hesabında açıqlayıb.

Onun ölkəyə səfəri yanvarın 8-10-na planlaşdırılırdı.

Bununla yanaşı, Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişvili Kaumanın bu addımını “çox müdrik qərar” adlandırıb.

Xatırladaq ki, yanvarın 5-də Gürcüstanın üç müxalif koalisiyası – “Güclü Gürcüstan”, “Dəyişikliklər naminə” və “Birlik – Milli Hərəkat” partiyaları ATƏT PA sədrini ölkəyə səfərini təxirə salmağa çağırmışdılar.

Onlar iddia ediblər ki, Gürcüstan rəhbərliyi Kaumanın səfərindən öz legitimliyi üçün istifadə edəcək.

Comments are closed.

Tərcümə »