Almaniya hökuməti Şoltsun Putinlə görüşünü elan edən deputatı məhkəməyə verəcək

Almaniya hakimiyyəti kansler Olaf Şolzun tezliklə Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşmək planlarını açıqlayan Bundestaqın deputatı Roderik Kizevetteri məhkəməyə vermək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “RND” nəşri məlumat yayıb.

Almaniya hökumətinin sözçüsü Şteffen Hebeştrayt onun sözlərini böhtan adlandırıb.

Yanvarın 4-də deputat Roderik Kizevetter “X” sosial şəbəkəsində yazıb ki, liderlərin görüşünün Almaniyada fevralın 23-nə təyin edilmiş yeni parlament seçkilərindən əvvəl baş tutacağı güman edilir. Lakin deputat ertəsi gün paylaşımını silib.

Öz növbəsində Almaniya kansleri Olaf Şolts da deputatın Rusiya prezidenti ilə görüşmək niyyəti ilə bağlı dediklərini təkzib edib. O bildirib ki, belə bir görüşün keçirilməsi ümumiyyətlə nəzərdə tutulmayıb.

Comments are closed.

Tərcümə »