Lalə Şövkətin oğlundan açıqlama: “ALP ləğv olunub, qurultay keçirə bilməz”

“Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının yenidən öz fəaliyyətini bərpa etməsinin heç bir əsası yoxdur”. 

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Lalə Şövkətin oğlu və partiyada köməkçisi işləmiş hüquqşünas Sidqi Şövkət bunun qanunsuz olduğunu və Liberal Partiyasının bərpa ediləcəyi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib:

“Bu, Əvəz Temirxanın şəxsi təşəbbüsü ilə keçirilən bir qurultaydır. Azərbaycan Liberal Partiyası 1 ildən çoxdur ki, ləğv olunub və dövlət reyestrindən çıxarılıb. Xatırlayırsızsa, son parlament seçkilərində Əvəz Temirxan Azərbaycan Xalq Partiyasının (Pənah Hüseynin sədri olduğu partiya) namizədi kimi seçkilərə qoşuldu. 

Əgər Azərbaycan Liberal Partiyasının fəaliyyətini bərpa etmək mümkün olsaydı, Əvəz Temirxan o partiyanın namizədi olaraq seçkilərə qoşulardı. Yəni bu partiyanın fəaliyyətini bərpa etmək mümkün deyil”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Azərbaycan Liberal Partiyası onlayn qurultay keçirib və professor Lalə Şövkət ALP-nin lideri, Əvəz Temirxan isə yenidən partiyanın sədri seçib.

Bu məlumatın spekulyativ olmasını təsdiqləyən digər fakt qurultayın onlayn keçirilməsi ilə bağlıdır. Ölkədə digər kütləvi tədbirlərin açıq keçirilməsinə qadağa və ya epidemik vəziyyət görə məhdudlaşdırma yoxdursa, partiyaların qurultay və digər tədbirləri də açıq keçirilməlidir. Ona görə də qurultayın onlayn keçirilməsi faktı qanunauyğun deyil. Bu, qanunvericiliklə də təsbit olunur.

Bildirək ki, Lalə xanım aktiv siyasətdən uzaqdır. Siqdi Şövkətin açıqlamasından da aydın görünür ki, Əvəz Temirxanın hərəkətindən xəbərsizdir və onun yaydığı bu məlumat spekulyativ xarakter daşıyır.

Onu da xatırladaq ki, Azərbaycan Liberal Partiyası 24 iyun 2023-cü ildə öz fəaliyyətinə xitam verib və bununla bağlı bəyanat qəbul edib.

Comments are closed.

Tərcümə »