Yeni il gecəsi ehtiyatlı olun – SƏBƏB

Yeni il ərəfəsində Yer kürəsində güclü maqnit qasırğası baş verə bilər.

İctimai Rəy bildirir ki, bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.

Təqdim olunan proqnoza görə, zəif maqnit qasırğası dekabrın 31-i səhər saatlarında başlayıb, günorta G3-ə qədər böyüyə bilər. Axşama doğru zəifləyəcək və 2025-ci il yanvarın 1-də səhərə qədər Yerin maqnitosferi tamamilə sakitləşəcək.
Eyni zamanda, qeyd edildiyi kimi, dekabrın 31-də maqnit qasırğasının baş vermə ehtimalı cəmi 15 faiz, güclü maqnit qasırğası isə 25 faiz təşkil edir.

Yanvarın 1-də bu təsirlər müvafiq olaraq 40 faiz və 25 faiz təşkil edəcək.

Comments are closed.

Tərcümə »