Ukrayna rəsmiləri Dəməşqdə yeni Suriya rəhbərliyi ilə görüşəcək

Bu gün Ukraynanın rəsmi nümayəndə heyəti Suriya paytaxtı Dəməşqə səfər edəcək.

Musavat.com xəbər verir ki, bu barədə “Al Arabiya” mənbələrə istinadən məlumat yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bundan əvvəl bəyan etmişdi ki, Ukrayna Suriya və regionun təhlükəsizliyi üçün Rusiyanın bu ölkədəki mövcudluğunun tamamilə aradan qaldırılmasını prinsipial məsələ hesab edir.

Səfərin məqsədi və gündəliyinin detalları barədə hələlik əlavə məlumat verilmir.

Comments are closed.

Tərcümə »