Putin Rusiyada doğum səviyyəsini artırmaq üçün göstəriş verib

Rusiya prezidenti Vladimir Putin federal hökumətə və regionlara 2025-ci ildə ölkədə doğum səviyyəsinin artırılması və demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün əlavə tədbirlər görməyi tapşırıb.

Musavat.com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunan təlimatlar siyahısında deyilir.

Qeyd edək ki, hələ ötən ildən statistiklər və sosioloqlar Rusiyada təbii ölüm nisbətinin doğumu üstələdiyi barədə informasiyalar yayırlar. İkincilər Rusiya əhalisinin il-ildən azaldığını, ailə qurmaq yaşına çatan gənclərin kütləvi şəkildə övlad sahibi olmaqdan imtina etdiyi (çayldfri) barədə danışır, hökumətin əməli tədbirlər həyata keçirməli olduğununu bildirirdilər.

Görünür, vəziyyətin fəlakət həddində olması artıq Kremlə də çatıb.

Comments are closed.

Tərcümə »