Məhkəmə Koreya prezidenti barəsində həbs qərarı çıxarıb

Cənubi Koreya məhkəməsi dekabrın 14-də parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılmış Koreya Respublikasının prezidenti Yun Sok-yol barəsində həbs və axtarış qərarı verib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin korrupsiyaya qarşı mübarizə idarəsinin yüksək vəzifəli rəsmi şəxsi məlumat verib.

“Departament təsdiq edir ki, Yun Sok-yola qarşı həbs və axtarış qərarı dekabrın 31-də verilib”, – departamentdən bildirilib. Bununla belə, rəsmi şəxs əlavə edib ki, əlavə tədbirlərlə bağlı heç bir qərar verilməyib.

Qeyd edək ki, Yun Sok-yol bu ayın əvvəlində ölkədə ciddi əsas olmadan hərbi vəziyyət elan etməkdə və parlamentə hərbi birləşmə yeritməkdə ittiham olunur.

Comments are closed.

Tərcümə »