İran hökumətindən həbs edilən italiyalı jurnalistlə bağlı İLK AÇIQLAMA

Dünən İran hökuməti jurnalist vizası ilə Tehrana səfər edən italiyalı müxbir Sesiliya Salanın 12 gün əvvəldən həbs olunduğunu təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, İran Mədəniyyət və İslami İrşad Nazirliyi verdiyi açıqlamada həbsin səbəbi kimi “İslam Respublikasının qanunlarının pozulması”nı bildirsə də, bununla bağlı açıqlama verməyib.

Nazirlik açıqlamasında Sesiliya Salanın işi ilə bağlı “araşdırma mərhələsində” olduğunu və “məhkəmə sistemi bunu məqsədəuyğun hesab edərsə, daha sonra ətraflı məlumat veriləcəyini” qeyd edib.

 

Italian journalist Cecilia Sala speaks at a presentation for her podcast In Viaggio con Stories at the Milan Conservatory during the Chora Festival in Milan, Italy, on February 16.

Comments are closed.

Tərcümə »