“Deyəsən, o, mövsümü Qarabağda başa vurmayacaq”

Yunanıstan mətbuatı “Qarabağ”ın braziliyalı hücumçusu Juninyonun “Sevilya”ya mümkün transferindən yazıb.

Sportinfo.az xəbər verir ki, “Novasports” nəşri bununla bağlı “Olimpiakos”un xeyrinə olan transfer” başlıqlı məqalə dərc edib:

“Sevilya” “Qarabağ”la müqavilə müddəti 2026-cı ilə qədər olan 28 yaşlı braziliyalı hücumçu Juninyonu almaq üçün danışıqlar aparır. Juninyo 2023-cü ilin yayında “Şaviş”dən cəmi 450 min avroya transfer edilib.

O, bütün yarışlarda 82 matçda 41 qol vurub və 14 məhsuldar ötürmə edib. Bu mövsüm onun aktivində 10 qol və 3 məhsuldar ötürmə var, amma deyəsən o, mövsümü Azərbaycanda başa vurmayacaq.

Klublar arasında razılıq əldə olunarsa, Avropa Liqasının əsas mərhələsinin sonuncu turunun yanvarın 30-da “Olimpiakos”a qarşı keçirəcəkləri səfər matçı üçün “Qarabağ”ın ixtiyarında ən yaxşı oyunçularından biri olmayacaq”.

Comments are closed.

Tərcümə »