Çin özüyeriyən 5G rabitə sistemi yaratdı

Çin alimləri çətin relyefdə hərəkət edə bilən və döyüş robotları da daxil olmaqla, 10 min istifadəçi üçün məlumat mübadiləsini təmin edən beşinci nəsil (5G) mobil rabitə sistemi hazırlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) məlumat yayıb.

Nəşrin məlumatına görə, dünyada bu tipli ilk mobil baza stansiyası 3 km-ə qədər radiusda “son dərəcə təhlükəsiz və etibarlı məlumat mübadiləsi xidmətləri” təqdim edir. Sistem Çin Mobil Rabitə Qrupu və Xalq Azadlıq Ordusu (PLA) tərəfindən birgə hazırlanıb. Qeyd olunur ki, PLA bölmələri dağlar, şəhərlər kimi çətin ərazilərdə 80 km/saat sürətlə hərəkət etsə və elektromaqnit müdaxiləsinə məruz qalsa belə, sistem yenə də saniyədə 10 giqabit ümumi ötürmə qabiliyyətini və 15 millisaniyədən az gecikmə müddətini saxlaya bilir.

SCMP-nin verdiyi məlumata görə, Çin indi Yer kürəsində ən böyük uzaqdan idarə olunan “robot ordusu” qurur. Bu orduda güclü, lakin ucuz pilotsuz təyyarələr, özüyeriyən robotlar və gələcəyin döyüş meydanlarında insan əsgərlərinin sayından çox olacağı gözlənilən digər pilotsuz döyüş platformaları var.

Comments are closed.

Tərcümə »