Son on ildə SWIFT banklararası sistemi vasitəsilə beynəlxalq ödənişlərdə avronun payı 6,83 faiz azalaraq 22,29 faiz təşkil edib.
Musavat.com xəbər verir ki, bu, sistemdə təmsil olunan 20 valyuta arasında maksimum azalma göstəricisidir. Funt sterlinqin payı on il ərzində 0,86 faiz bəndi azalaraq 7,27 faizə, İsveçrə frankı 0,42 faiz bəndi azalaraq 0,96 faizə, Avstraliya dolları 0,29 faiz bəndi azalaraq 1,69 faizə, Cənubi Afrika randı isə 0,2 faiz bəndi azalaraq 0,28 faizə düşüb.
Dolların payı ciddi artmaqla 49 faizə, Çin yuanının payı 2 faiz artmaqla 5 faizə çatıb.
Comments are closed.