Amerikalı senator, sol görüşləri ilə tanınan Berni Sanders Donald Trampın ikinci dəfə seçilməsinə qarşı üsyanını dilə gətirən paylaşım edib.
Musavat.com xəbər verir ki, senator Sanders bununla bağlı görüşlərini sosial şəbəkə hesablarında paylaşıb.
“1863-cü ildə Qettisberqdə Avraam Linkoln (ABŞ-ın keçmiş prezidenti və milli qəhrəmanı, Şimal-Cənub savaşının qalibi) “xalqdan gələn, xalq tərəfindən və xalq üçün” bir hökumət xəyal etmişdi. 2024-cü ildə Mar-a-Laqoda Tramp “oliqarxdan gələn, oliqarxlar tərəfindən və oliqarxlar üçün” bir hökumət planlaşdırır. Linkolnun baxışı doğru idi. Gəlin, bu baxış uğrunda mübarizə aparaq”, – deyə Berni Sanders qeyd edib.
Comments are closed.