ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Səfir bildirib ki, ABŞ Azərbaycanla əlaqələrə böyük dəyər verir:
“Biz ortaq məqsədlər və çağırışlar üzərində birgə işi davam etdirməyi səbirsizliklə gözləyirik. Ötən həftə baş verən üyrəkdağlayıcı təyyarə qəzasında həyatını itirənlərin dərin hüznünü sizinlə paylaşırıq. Düşüncələrim həlak olanların ailələrinin və yaralıların yanındadır”.
Səfir Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına inamını da ifadə edib.
Comments are closed.