Yaponiyanın Honsü adasının yaxınlığında 5,7 maqnitudalı zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Mərkəzin verilənlərinə görə, yeraltı təkanların episentri əhalisi təxminən 428 min nəfər olan Yokosuka şəhərindən 571 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
Comments are closed.