Prezident bu ASC-ni ləğv etdi

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin ləğv edilməsi, bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

İctimairey.az-ın xəbərinə görə, sərəncama əsasən, Korporasiyanın aşağıdakı müəssisələri Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib:

– “Azərbaycan alüminiumu” ASC;

– “Azəralüminium” MMC;

– “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC.

Nazirlər Kabineti Korporasiyanın və onun tabeliyindəki digər müəssisələrin ləğv edilməsi ilə bağlı zəruri tədbirlər görməli, normativ hüquqi aktlarda dəyişiklik edilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində dövlət başçısına təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi Korporasiyanın və onun tabeliyindəki digər müəssisələrin əmlakı ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Prezidentə təqdim etməlidir.

Comments are closed.

Tərcümə »