Medvedyev: “Norveç gəmisinin boğulan rus dənizçilərini xilas etməkdən imtinası bağışlanmaz”

Norveç gəmisinin Aralıq dənizində batan “Ursa Major” yük daşıyıcısından rus dənizçilərini xilas etməkdən imtinasını bağışlamaq olmaz.

Musavat.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

Xatırladaq ki, Rusiya bayrağı altında Sankt-Peterburqdan Vladivostoka üzən “Ursa Major” İspaniya sahillərindən 67 dəniz mili məsafədə batıb. Norveç gəmisi bəzi qadağaları əsas gətirərək rus dənizçilərini gəmiyə qəbul etməkdən imtina edib.

Ekipajı İspaniyanın “Salvamar Drago” gəmisi xilas edib.

Medvedyev bu vəziyyəti şərh edərək, rusofobiyanın yayılmasına görə Avropanı bütün mümkün vasitələrlə cəzalandırmağa çağırıb.

“Norveç bayrağı altında üzən “Oslo Carrier 3” gəmisi Aralıq dənizində boğulan “Ursa Major”dan olan rus dənizçilərini göyərtəsinə götürməkdən imtina edib. Əlavə aydınlığa ehtiyac varmı? Bunu bağışlamaq olmaz!” – siyasətçi Telegram kanalında yazıb.

Bundan əvvəl Aralıq dənizində Rusiyaya məxsus “Ursa Major” gəmisində məqsədyönlü terror aktının həyata keçirildiyi bildirilirdi.

Qeyd olunur ki, hadisədən əvvəl arxa tərəfdə üç partlayış baş verib.

Comments are closed.

Tərcümə »