Şimali Koreya lideri Kim Çen In 100 yaşını qeyd edən qadını təbrik edib.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Kim Çen In ona “bayram süfrəsi” göndərib.
“Rayon partiya komitəsinin rəhbər işçiləri və həmkəndliləri nənəni təbrik edib, sevinclərini onun ailə üzvləri ilə bölüşüblər”, – agentliyin məlumatında deyilir.
Onilliklər ərzində kənd təsərrüfatı işləri ilə məşğul olan qadının Cənubi Hamqyonq əyalətinin Kymya rayonunun Çoyn kəndində yaşadığı dəqiqləşir. (Publika.az)
Comments are closed.