Almaniyada SİYASİ BÖHRAN: Prezident Bundestaqı BURAXDI

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Bundestaqı buraxıb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu qərar Almaniya kansleri Olaf Şoltsun sorğusuna cavab olaraq qəbul edilib.

Məlumata görə, Almaniya parlamentinə növbədənkənar seçkilər 2025-ci il fevralın 23-nə təyin olunub.

Xatırladaq ki, daha əvvəl Almaniya prezidenti Bundestaqın buraxılacağını elan etmişdi.

Buna səbəb hakim koalisiyanın dağılmasından sonra parlamentin Olaf Şoltsa etimadsızlıq göstərməsi olub.

Comments are closed.

Tərcümə »