AHK sədri təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verdi

Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri Əlisahib Hüseynov Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

AHK mətbuat xidməti xəbər verir ki, komitə sədri bununla bağlı sosial media hesabında paylaşım edib.

Paylaşımda deyilir:

““Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində faciəli şəkildə həlak olanlara Allah rəhmət eləsin.

Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Allah səbr versin.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri”

Comments are closed.

Tərcümə »