Livan baş naziri: Allaha və Türkiyəyə güvənməliyik…

Musavat.com xəbər verir ki, Livan baş naziri Nəcm Mikati Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə mühüm açıqlamalar verib.

Mikati Suriyada baş verən son hadisələrə toxunaraq, Livanın bu məsələdə həm Allaha, həm də Türkiyəyə güvənməli olduğunu vurğulayıb.

Görüş Ankarada baş tutub və Türkiyə ilə Livan arasında regional əməkdaşlıq, təhlükəsizlik və Suriyada sabitlik məsələləri müzakirə edilib. Mikati bu çətin dövrdə Türkiyənin bölgədəki lider rolunu yüksək qiymətləndirərək, Türkiyənin Livan və Suriya üçün əsas güvənc yeri olduğunu qeyd edib.

Mikati çıxışında deyib:

“Suriyadakı gərginliklər və böhran bir daha göstərdi ki, biz öncə Allaha, sonra da Türkiyəyə güvənməliyik. Türkiyənin dəstəyi bizim üçün hər zaman önəmli olub və olacaq.”

Bu açıqlama, xüsusilə regional mətbuatda geniş rezonans doğurub. Bir çox platformada Mikati ilə Ərdoğan arasındakı görüşün Livanın Suriyadakı böhranı həll etmək üçün Türkiyə ilə yaxın əməkdaşlıq etmə arzusunun göstəricisi olduğu vurğulanır.

Comments are closed.

Tərcümə »