Əhaliyə ŞAD XƏBƏR – Pulsuz olacaq…

“Ambulator müalicə üçün dərmanlar icbari tibbi sığorta paketinə daxil ediləcək”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Sədr qeyd edib ki, ambulator dərman vasitələrinin təminatına gələn ilin 6 ayı üzrə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

O qeyd edib ki, “Tibbi sığorta haqqında” qanun Milli Məclisdə 3-cü oxunuşdan keçib. Bu o deməkdir ki, ambulator müalicədə dərman təminatına ilin ikinci yarısı başlanılacaq.

Zaur Əliyev həmçinin Xidmətlər Zərfinin çeşidinin artırılması məsələsinə də toxunub. O bildirib ki, gələn il üçün icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinin çeşidinin artırılması planlaşdırılır. Onun sözlərinə görə, siyahıda beyin və boyun anevrizmalarının endovaskulyar üsullarla aradan qaldırılması, Endovaskulyar lazer ablasiya, İntraabdominal venoz şuntlama və arteriovenoz fistulaların ləğvi, baş beyin biopsiyaları və kəllə sümüklərinə metal lövhələrin yerləşdirilməsi, sidik ifrazat sistemi və digər sahələrdə ventrikulyar şuntların tətbiqi və dəyişdirilməsi, gözün arxa kamerasından implantasiya materiallarının çıxarılması nəzərdə tutulur.

Zaur Əliyev həmçinin onkoloji xəstəliklərin diaqnostikada istifadə edilən Pozitron emissiya tomoqrafiyası xərclərinin Xidmətlər Zərfinə əlavə edilə biləcəyini diqqətə çatdırıb.

O qeyd edib ki, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə edilən müraciətlərin sayı ötən illə müqayisədə 9% artaraq 22 milyonu keçib.

Comments are closed.

Tərcümə »