Bosniya və Herseqovinanın “Sloboda Tuzla” klubunun prezidenti Azmir Husiç baş məşqçi Zlatan Naliç və bütün futbolçuları komandadan qovub.
Buna ölkə çempionatındakı zəif nəticələr səbəb olub. Komanda Premyer Liqada keçirdiyi 17 matçın 15-də uduzub, 2-də heç-heçə edib.
A.Husiç ölkəsinin mətbuatına açıqlamasında bu addımı atmaqla həyatının ən çətin qərarlarından birini verdiyini deyib. O, kollektivi yenidən formalaşdıracaqlarını və liqada qalmaq üçün mübarizə aparacaqlarını bildirib.
Qeyd edək ki, 1919-cu ildə əsası qoyulan “Sloboda Tuzla” hazırda turnir cədvəlində sonuncu pillədədir.//Oxu.Az
Comments are closed.