Valideynləri boşanmağa hazırlaşan beş yaşlı Rüfətin qara paltarda meyiti tapıldı – TƏFƏRRÜAT

Ucarın Qaradağlı kəndində baş vermiş bədbəxt hadisənin detalları məlum olub.

Belə ki, bir müddətdir ata nənəsinin himayəsində qalan 5 yaşlı Rüfət İsmayılov hovuza düşərək boğulub.

“Günorta radələrində yemək yeyəndə gördüm ki, uşaq yoxdur. Qışqırdım, ora qaçdım, bura qaçdım, nəvəmdən səs-soraq çıxmadı. Hovuzun yanına gələndə gördüm ki, qara paltar suyun üstünə qalxıb. Özümü suya atdım, uşağı çıxartdım. Nə qədər çalışdım, xilas edə bilmədim, keçinmişdi artıq. Valideynləri ayrılmaq ərəfəsindədirlər. Atası Rusiyadadır, ana da bir ildir Bakıda qalır. Bir həftədir uşağı mənim yanıma qoymuşdu, dedim ki, istəmirəm, anasız uşağa baxa bilmərəm”, – deyə mərhumun nənəsi deyib.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı Baku TV-nin süjetində:

Comments are closed.

Tərcümə »