Türkiyə Suriyanın şimal sərhədində hərbi qüvvələrini gücləndirir, bu da genişmiqyaslı əməliyyatların yaxın zamanda baş verə biləcəyini göstərir.
Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr qeyd edir ki, ABŞ rəsmiləri bu məlumatı təsdiqləyib və əməliyyatın mümkünlüyü ilə bağlı narahatlıqlarını bildiriblər.
ABŞ-ın yüksək vəzifəli nümayəndələrindən biri, Türkiyənin Suriya ərazisində əməliyyat keçirməsinin qaçılmaz ola biləcəyini vurğulayıb.
Comments are closed.