“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellingem özünü qolçu kimi sübut edir.
21 yaşlı futbolçu ardıcıl altı La Liqa matçında fərqlənməyi bacarıb.
İngili bununla da 72 illik rekordu təkrarlayıb. “Madrid Universal”ın məlumatına görə, Bellingem ötən 72 il ərzində sırf hücumçu mövqeyində çıxış etmədən belə bir ardıcıllığa imza atan ilk futbolçudur. Ondan əvvəl “Real Madrid”də çıxış edən Roke Olsen buna nail olub.
Cud Bellingem bu mövsüm bütün yarışlarda 20 oyuna çıxaraq 7 qol vurub və 6 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi ötən mövsüm Madrid nəhənginin heyətində 42 matçda 23 qol vurub, 13 məhsuldar ötürmə ilə yadda qalıb. (fanat.az)
Comments are closed.