Qətər diplomatlarından ibarət nümayəndə heyəti Suriyadadır.
“Report” xəbər verir ki, bu barədə Qətərin QNA agentliyi ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi Məcid əl-Ənsarinin bəyanatına istinadən məlumat yayıb.
“Qətər diplomatlarından ibarət nümayəndə heyəti Qətər Dövlətinin Suriya Ərəb Respublikasında səfirliyinin açılması üçün zəruri hazırlıqları tamamlamaq məqsədilə Dəməşqə gəlib. Qətər Dövləti inqilabın uğurundan sonra qardaş Suriya xalqının sülh, təhlükəsizlik, inkişaf və rifaha nail olmasını tam dəstəkləyir”, – agentliyin məlumatında deyilir.
Bundan başqa, Suriyaya humanitar yardımın həcminin artırılması məsələsi də müzakirə olunacaq.
Comments are closed.