Mançester derbisində qalib iki dəqiqə ərzində bəlli olub

Futbol üzrə İngiltərə çempionatının 16-cı turunun matçında “Mançester Yunayted” səfərdə “Mançester Siti”yə 2:1 hesabı ilə qalib gəlib.

“Report” xəbər verir ki, görüş “Etihad” stadionunda baş tutub.

Oyunda ilk qolu “Mançester Siti”nin heyətində Yoşko Qvardiol vurub. Meydan sahibləri hesabı sonacan qoruya bilməyiblər.

Belə ki, “Mançester Yunayted”in futbolçuları Bruno Fernandeş (88-ci dəqiqə, penalti) və Amad Diallo (90-cı dəqiqə) qarşılaşmanın sonuncu dəqiqələrində hərəyə bir qol vurmaqla komandalarını önə çıxarıblar.

“Mançester Yunayted” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb, Ruben Amorimin yetirmələrinin 22 xalı var. “Mançester Siti” 27 xalla 5-ci yerdədir. Növbəti mərhələdə “Mançester Yunayted” dekabrın 22-də “Bornmut”u, bir gün əvvəl isə “Mançester Siti” səfərdə “Aston Villa” ilə qarşılaşacaq.

Komandalar tarixdə 195 dəfə qarşılaşıblar. “Mançester Yunayted” 80-ci qələbəsini qazanıb, “Mançester Siti” 61 dəfə güclü olub, 54 matç heç-heçə ilə bitib.

Comments are closed.

Tərcümə »