Gizlətdiyi 1 milyon belə yandı

Karamanda Hamidiye məhəlləsində yerləşən Orta Anadolu Sənaye Kompleksindəki Ali Ünə məxsus dəmir-doğrama emalatxanasında, səhər saat 06:30 radələrində yanğın baş verib.

Milli.Az xəbər verir ki, alovu görən ətrafdakı sakinlərin xəbərdarlığı ilə hadisə yerinə polis və yanğınsöndürmə briqadaları göndərilib. Yanğın, yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.

Ali Ün, cüzi ziyan dəymiş iş yerində vedrədə saxladığı 1 milyon TL-nin də yanaraq məhv olduğunu bildirib. Aparılan ilkin araşdırmada yanğının, dünən yanar vəziyyətdə buraxılmış sobadan sıçrayan qığılcımların səbəb olduğu müəyyən edilib.

Comments are closed.

Tərcümə »