Əli Əsədov: “473 məktəbin əsaslı təmirə ehtiyacı var”

Milli Məclisdə çıxış edən Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı məktəb tikintisi ilə bağlı danışdı.

,Ümumtəhsil məktəblərinin vəziyyəti ilə bağlı danışan hökumət başçısı dedi ki, hazırda 473 məktəbin əsaslı təmirinə ehtiyac var:

“Bu, ölkədəki bütün məktəblərin 10%-ni təşkil edir. Bunlardan 123 məktəbdə təmir-tikinti işlərinin gələn ildə aparılması nəzərdə tutulub. Eyni zamanda bu işlər mərhələli şəkildə davam etdiriləcək və 2028-ci ilədək tamamlanması planlaşdırılır”. \\musavat\\

Comments are closed.

Tərcümə »