Bitkoin kriptovalyuta dünyasında yeni rekord vuraraq ilk dəfə olaraq 106 min dollar səviyyəsini keçib.
Musavat.com xəbər verir ki, bu, kriptovalyutanın tarixində ən yüksək qiymət göstəricisi kimi qeydə alınıb.
Cəmi 10 gün əvvəl dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Binance2 platformasında bitkoin 100 min dollar səviyyəsində ticarət edilirdi. Lakin artım tendensiyası bununla kifayətlənməyib.
2024-cü ilin əvvəlindən bu yana bitkoinin qiyməti iki dəfədən çox yüksəlib. Mütəxəssislər bu artımı qlobal iqtisadi qeyri-müəyyənliklər, kriptovalyutalara artan maraq və institusional investorların bazara daha fəal şəkildə daxil olması ilə izah edirlər.
Kriptovalyuta bazarındakı bu tarixi artım, həm fərdi, həm də böyük sərmayəçilər üçün bitkoinin getdikcə daha cəlbedici bir investisiya vasitəsinə çevrildiyini göstərir. Ekspertlərin fikrincə, yaxın aylarda bu tendensiyanın davam edəcəyi ehtimal edilir.
İqtisadçılar xəbərdarlıq edir: Bitkoinin qiymətindəki kəskin artım risklərlə də müşayiət oluna bilər. Qiymətin hər an dəyişkənliyi sərmayəçilərin diqqətini və ehtiyatlılığını tələb edir.
Comments are closed.