İllər sonra üzə çıxan bir fotoşəkil isə məşhur müğənni Cennifer Lopezin də Diddi qalmaqalında adının hallanmasına səbəb olub.
Son dövrlərdə haqqında cinsi zorakılıq iddiaları səsləndirilən Sean “Diddy” Combs-un bir qadına hücum etdiyi iddiaları qalmaqala səbəb olub. Həmin qadın, MTV Video Musiqi Mükafatlarından sonra təşkil edilən bir partiyada həm Diddy, həm də reper və iş adamı Shawn Carter, yəni Jay-Z tərəfindən zorakılığa məruz qaldığını iddia edir.
Daily Mail-in xəbərinə görə, məhkəmə sənədlərində Diddy və Jay-Z ilə birgə həmin gecə otaqda daha bir məşhur qadının olduğu qeyd edilib. İllər əvvəl çəkilmiş bir fotoda Jennifer Lopezin həmin gecə Sean “Diddy” Combs ilə mübahisə etdiyi görünür.
Lopezin həmin otaqda üçüncü məşhur şəxs olduğuna dair hələlik birbaşa iddia irəli sürülməyib və müğənninin adı rəsmi sənədlərdə keçmir. Lakin Jay-Z-nin adının açıqlanması ilə Diddy ilə Lopez arasında baş verənlər yenidən diqqət mərkəzinə düşüb. Jennifer Lopez və Diddy 1999-2001-ci illər arasında sevgili olublar.
Jay-Z, bu iddiaları “iyrənc və əsassız” adlandırıb. O, verdiyi bəyanatda bunları deyib: “Vəkilim bir şantaj mesajı alıb. Düşündülər ki, uzlaşa bilərik. Sizə bir qəpik belə verməyəcəyəm!”//Milli.Az
Comments are closed.