Suriyanın yeni Konstitusiyası altı ay ərzində hazırlanacaq

Suriya üçün yeni konstitusiya altı ay ərzində hazırlanacaq.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti öz mənbələrinə istinadən yazır.

“Konstitusiya ilk 6 ay ərzində hazırlanacaq. Daha sonra bu konstitusiya referenduma çıxarılacaq. Bu müddət ərzində əhalinin siyahıyaalınması aparılacaq, seçici siyahıları yeniləcək”, – məlumatda qeyd edilib.

Bildirilib ki, konstitusiyaya uyğun olaraq yeni siyasi partiyalar yaradılacaq. Bundan sonra seçkilər BMT-nin nəzarəti altında keçiriləcək. İdarə seçkidə uğur qazanan partiyaya keçəcək.

Comments are closed.

Tərcümə »