Suriyada tarixi günlər yaşanır. 27 noyabrda müxalifət qüvvələri tərəfindən başlanan əməliyyat Bəşər Əsədin hakimiyyətinə 12 gün ərzində son qoyub. Müxalifət Dəməşqi sürətlə ələ keçirərək 61 illik Baas rejimini devirdiklərini açıqlayıb.
Milli.Az xəbər verir ki, bu hadisə ilə suriyalılar Bəşər Əsəd rejiminin nəzarəti itirdiyi paytaxt Dəməşqə doğru hərəkət edib.
Yollarda uzun avtomobil növbəsi yaranıb.Yola sığmayan nəqliyyat vasitələrinin torpaq sahəsindən keçməyə çalışdığı müşahidə edilib. Bu vəziyyət şəhər ətrafında ciddi nəqliyyat sıxlığı yaradıb.
Comments are closed.