İsrailin Suriyaya endirdiyi hava hücumlarında rejimin silah anbarlarını, raket başlıqlarını və döyüş təyyarələrini vurması diqqətdən kənarda qalmasa da, Tel-Əviv rəhbərliyinin bu nöqtələrin məlumatlarına necə çatdığı maraq doğurur.
İddialara görə, Bəşər Əsədin Suriyadan qaçarkən təyyarəsinin vurulmaması və hava məkanında heç bir maneə ilə qarşılaşmaması müqabilində bu yerlərin siyahısını İsrailə verib. İsrailin bu zəmanəti aldıqdan sonra Əsədin qaçmasına icazə verdiyi bildirilir.
Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Colan təpələrində bufer zonanı zəbt edərək 51 ildən sonra yeni zəmin yaradan İsrail bölgədə irəliləyişini davam etdirir./Milli.Az /
Comments are closed.