2021-ci ildən etibarən “Bitcoin” yatırımları ilə gündəmə gələn El-Salvadorun prezidenti Nayib Bukele ölkədə 3 trilyon dollar dəyərində qızıl yataqları aşkar etdiklərini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Haberler.com” məlumat yayıb.
“Bu məbləğ ümumi daxili məhsulumuzun (ÜDM) 8000%-dən çoxdur. Bununla yanaşı, ölkəmizdə 4-cü sənaye inqilabında istifadə edilən kobalt, nikel, litium kimi mineralları da aşkar etdik”, – deyə o bildirib.
Bukelenin 3 trilyon dollar dəyərindəki proqnozu ölkədə son vaxtlarda aparılan araşdırmalara əsaslanır.
Bu araşdırmalara görə, qızıl tapılması mümkün olan ərazilərin 4%-ində indiyə qədər 50 milyon unsiya qızıl ehtiyatı aşkarlanıb.
El-Salvador hökuməti bu məlumatlardan çıxış edərək, ölkədəki ümumi qızıl ehtiyatlarının dəyərinin 3 trilyon dollar olacağını proqnozlaşdırıb.
Qeyd edək ki, hazırda qlobal miqyasda dövriyyədə olan qızılın ümumi bazar dəyəri 18 trilyon dollar olaraq qiymətləndirilir.
Comments are closed.