Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.
İctimai Rəy xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri kimi müəyyən edilib.
Həmin günlər iş günü hesab edilmir.
Comments are closed.