ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 2025-ci ilin yanvarında vəzifəsinin icrasına başladıqdan dərhal sonra ABŞ-da doğulmuş əcnəbilərin uşaqlarının vətəndaşlıq hüququnun ləğvi ilə bağlı planlarını açıqlayıb.
Musavat.com xəbər verir ki, Tramp NBC News-a müsahibəsində belə deyib: “Biz buna son qoymalıyıq. Bu, gülüncdür”.
O, Amerika konstitusiyasının 14-cü düzəlişində nəzərdə tutulan bu müddəanı necə ləğv edəcəyini dəqiq izah etməyib və yalnız onu deyib ki, əgər bacarsa, bunu “icra fəaliyyəti ilə” edəcək.
Bununla belə, Donald Tramp ABŞ-a uşaq ikən daxil olan qeyri-qanuni mühacirlərin ölkədə qalmasına icazə verən qanunun qəbulu üçün demokratlarla işləməyə açıq olduğunu da bildirib.
Xatırladaq ki, Tramp əvvəlki prezidentlik dövründə də oxşar planlarını açıqlamışdı. “The Insider” fondunun rəhbəri İqor Slabıxınin fikrincə, ABŞ konstitusiyasının dəyişdirilməsi proseduru o qədər uzun və mürəkkəbdir ki, Trampın planını həyata keçirməyə vaxtı olmayacaq. Bunun üçün Konqresin hər iki palatasının üçdə iki səslə təsdiqlənməsi, həmçinin ştatların üçdə ikisinin ratifikasiyası tələb olunur.
ABŞ konstitusiyasına edilən 14-cü düzəliş ölkədə doğulan hər kəsin vətəndaş olmasını şərtləndirir. 1868-ci ildə vətəndaş müharibəsindən sonra genişmiqyaslı islahatların bir hissəsi kimi qəbul edilib.
Comments are closed.