Robert Fitso: “Avropa İttifaqı altı aya dağıla bilər”

Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqının (Aİ) yaxın altı ay ərzində dağılma təhlükəsi ilə üzləşə biləcəyini bildirib.

Musavat.com xəbər verirki, O, bu fikri dekabrın 9-da “Spravodajca” adlı “YouTube” kanalına verdiyi müsahibədə səsləndirib.

Fitso Aİ-dəki qeyri-sabitliyin artacağını proqnozlaşdıraraq, bu vəziyyətə təəccüblənməməyi tövsiyə edib. Onun sözlərinə görə, Fransa və Almaniyanın eqoist milli məqsədləri İttifaqın gələcəyinə mənfi təsir göstərə bilər.

“Aİ üçün daha böyük qeyri-sabitlik gözləyirəm, bu ilin inanılmaz dərəcədə çətin olacağını düşünürəm”, – deyə Fitso vurğulayıb.

Bu açıqlama, Avropa İttifaqında mövcud daxili problemlərin və üzv dövlətlər arasında artan fikir ayrılıqlarının narahatlıq doğurduğunu göstərir. Fitso’nun çıxışı, Slovakiyanın Aİ siyasətinə dair tənqidçi yanaşmasını bir daha ortaya qoyur.

 

Comments are closed.

Tərcümə »