“İran Ermənistanın köməyinə gəlməyəcək, istəsə belə, Paşinyan buna imkan verməyəcək. Söhbət Zəngəzur dəhlizindən gedir”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.
“Paşinyan dedi ki, biz bunu Türkiyə-Azərbaycan tandemi ilə bölüşmək qərarına gəldik. O, azərbaycanlıların da burada yaşaması üçün danışıqlar aparır. Əgər İran təhlükəni neytrallaşdıra bilsə, o zaman mövcud rejim hakimiyyətdə qalsa, İranın müdaxiləsinə imkan verməyəcək”, – deyə revanşist siyasətçi qeyd edib.
Baqratyanın sözlərinə görə, bu gün azərbaycanlıların diqqəti təkcə Zəngəzurda deyil. Onun fikrincə, Bakının nəzərləri “Qərbi Azərbaycan” adlanan yerə, yəni bütün Ermənistan ərazisinə çevrilib.
Comments are closed.