Donald Tramp Rusiyanın öz məqsədlərinə nail ola bilmədiyini və Ukraynada apardığı “dəhşətli müharibədə ilişib qaldığını” bildirib.
Musavat.com xəbər verir ki, Tramp bu fikirləri “New York Post” qəzetinə verdiyi müsahibəsində səsləndirib.
“Mən bu mənasız müharibəni dayandırmaq üçün bir konsepsiya hazırlayıram,” – deyə Tramp əlavə edib.
Tramp bu sözləri Ukrayna prezidenti Vlodimir Zelenski ilə Parisdə, Fransa prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə keçirilən görüşdən sonra deyib.
“Axios”un məlumatına görə, Tramp əvvəlcə Zelenski ilə danışıqlar aparmaq niyyətində deyildi, lakin Makronun təşəbbüsü ilə görüş keçirildi və bu müzakirələr səmərəli oldu.
Bu açıqlama, xüsusilə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni diplomatik addımların gözlənildiyinə işarə edir.
Comments are closed.