ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “bacarsa” Ukrayna münaqişəsinə son qoyacağını deyib.
Musavat.com bildirir ki, o, “NBC News”a verdiyi müsahibədə “Mən müharibəni sona çatdırmaq üçün fəal şəkildə çalışıram” söyləyib. Eyni zamanda əlavə edib ki, “bacarsa” bunu edəcək.
Tramp həmçinin Vaşinqtona Kiyevə yardımı kəsməyə icazə verib.
ABŞ-ın yeni seçilmiş prezidenti bundan əvvəl Ukraynadakı münaqişənin tezliklə həll olunmasının vacibliyini bəyan etmişdi. Donald Tramp hələ ötən il Ağ Evə qayıtdıqdan sonra 24 saat ərzində Ukraynadakı müharibəni bitirəcəyini demişdi.
Comments are closed.