Suriyalılar Dəməşqə dönürlər – axın-axın, karvan-karvan

Suriya diktatoru Bəşər Əsədin devrilməsindən sonra suriyalıların Türkiyənin müxtəlif bölgələrindən Dəməşqə yollanan avtomobil karvanları heyrətamizdir.

Musavat.com Sozcu.kom.tr-yə istinadla xəbər verir ki, gecə çəkilən fotoşəkillərdə ucu görünməyən karvanının hədəfinin Suriya olduğu görünür.

Suriyada 61 il hökmranlıq edən BAAS rejiminin süqutu ölkədə yeni dövrün qapısını açıb. İndi qaçqın suriyalıların Dəməşqə qayıtmaq şansları yaranıb.

Bildirilir ki, paytaxt Dəməşqdə yeni ab-hava hökm sürür. Küçələrə çıxan xalq meydanlarda Əsəd rejimini təmsil edən heykəlləri sökür, rejimin simvollarını məhv edir. Bayram şənlikləri şənlik şəraitində davam edir.

Ağır nəqliyyat vasitələri xüsusilə Dəməşqə daxil olan və çıxan yollarda uzun növbələrə səbəb olub. Bu insan seli havadan çəkilən görüntülərdə aydın şəkildə görünür.

Comments are closed.

Tərcümə »