Putin şəxsi qərarla Əsədə siyasi sığınacaq verdi– Peskovdan AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Bəşər Əsədə öz şəxsi qərarı ilə sığınacaq verib. 

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov danışıb.

“Hmeymim və Tartusda yerləşən Rusiya hərbi bazalarının gələcəyi barədə hələlik danışmaq tezdir. Bu, Suriya rəhbərliyini kimlərin təşkil edəcəyinə bağlıdır. Rusiya Suriya ilə dialoq qurmağa, vəziyyəti təhlil etməyə və məsləhətləşmələr aparmağa qərarlıdır”.

Peskov həmçinin, Rusiya prezidentinin Bəşər Əsəd ilə görüşünün planlaşdırılmadığını və Əsədin hazırkı yerinin Kreml tərəfindən şərh edilmədiyini əlavə edib.

Comments are closed.

Tərcümə »