Masazırda bəzi əraziləri su basıb, 25 nəfər təxliyə olunub

Abşeron rayonunun Masazır qəsəbəsində bəzi əraziləri su basıb, 25 nəfər təxliyə olunub.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, intensiv yağan yağışlarla əlaqədar Masazırda bəzi ərazilərin subasmaya məruz qalması barədə nazirliyə məlumatlar daxil olub:

“FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. Subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 6-sı azyaşlı olmaqla ümumilikdə 25 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib”.

Comments are closed.

Tərcümə »