İsrail hərbçiləri Livanın cənubunda “Hizbullah”a qarşı yeni zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, hücuma məruz qalan qruplaşma üzvləri atəşkəs razılaşmasını pozublar.
Yeni hücumlar Livanın cənubundakı silah anbarının daxilində fəaliyyət göstərən “Hizbullah” üzvlərinə qarşı təşkil edilib.
“İsrail Müdafiə Qüvvələri Livanın cənubunda mövcudluğunu saxlayır və istənilən təhlükəyə qarşı fəaliyyət göstərməyə davam edəcək”, – məlumatda bildirilir.
Comments are closed.