Hər kəs suriyalıları tərk etdiyi vaxt Türkiyə onların yanında oldu.
Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan XV Səfirlər Konfransının rəsmi açılış mərasimindəki nitqində deyib.
H.Fidan çətin günlərində Suriya vətəndaşlarına qucaq açan Türkiyənin mövcud durumda da onlara dəstək verəcəyini bildirib:
“Suriyada artıq yeni dönəm başlayıb, bundan sonra yalnız gələcəyə baxmalıyıq. Qonşuları ilə yaxşı münasibəti olan və sülh içində yaşayan Suriya üçün lazımi bütün dəstəyi verməyə hazırıq. Türkiyə Suriyanın ərazi bütövlüyü məsələlərində üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək. Türkiyə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə önəm verir. Ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geriyə qayıda bilərlər. Bölgədəki və bölgə xaricindəki bütün aktorların sakit şəkildə hərəkət etmələri tövsiyə olunur. Suriyanın ərazi bütövlüyü qorunmalıdır. İŞİD və PKK kimi terror təşkilatlarının bu prosesdən fayda əldə etməməsi üçün mübarizə aparmalıyıq. Suriyada yeni hökumət bütün tərəflərə uyğun şəkildə hərəkət etməlidir. Biz Suriyada sülhün təmin olunması üçün əlimizdən gələni edəcəyik. Regiondakı aktorlarla əməkdaşlığımızı davam etdirəcəyik”.
Comments are closed.