Ermənistanı Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyasının sədri, baş nazirin müavini Mher Qriqoryan hazırda komissiyanın növbəti iclasının tarixi, yeri və formatı ilə bağlı razılığın olmadığını deyib. Lakin onun fikrincə bu, prosesin dalana dirənməsi demək deyil.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Qriqoryan bununla bağlı fikirlərini yerli Faktor tv-yə müsahibəsində bölüşüb.
Mger Qriqoryan həmçinin Tavuşdan sonra sərhədlərin delimitasiyasının növbəti mərhələsinin hansı ərazidə aparılacağı sualına cavab verməkdən yayınıb.
“Hazırda bu məsələlərin müzakirə olunduğunu deyə bilmərəm”, – deyə erməni rəsmisi qeyd edib.
Comments are closed.