Bazarlara vergi nəzarəti gücləndirilir: Qanunsuz sahibkarlığı dəstəkləyənlərə qarşı sanksiyalar – VİDEO

Bazarlara vergi nəzarəti gücləndirilir. Bu il vergi məcəlləsinə edilən dəyişikliklərin sırasında bununla bağlı məqamlar da var.

Bəs bu, hansı bazarlara aiddir? Yeni tənzimləmənin, ümumiyyətlə, məqsədi nədir? Qanunsuz sahibkarlığı dəstəkləyən şəxslərə qarşı hansı sanksiyalar nəzərdə tutulur?

ATV kanalı Dövlət Vergi Xidmətindən bununla bağlı açıqlama alıb.

Qeyd edilib ki, kəmin təsərrüfat subyektinin girişindən vergi uçotuna alınmasına dair məlumat, vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə yerləşdirilməlidir. Bu qaydalar, kənd təsərrüfatı məhsulları, bazarlar və kənd təsərrüfatı kooperativlərinə şamil edilmir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyevin sözlərinə görə, nəzərdə tutulan layihə kənd təsərrüfatı məhsullarının bazarları istisna olmaqla, digər bazarlar, o cümlədən ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların təsərrüfat subyektlərini və özlərinin vergi uçotuna alınmasını ehtiva edir.

Ətraflı süjetdə:

Comments are closed.

Tərcümə »