ABŞ-dan Əsəd rejiminə qarşı sərt bəyanat: “Cinayətlərinə görə cavab verəcəklər”

ABŞ Suriyadakı Əsəd rejimi və onun tərəfdarlarının Suriya xalqına qarşı törətdiyi zorakılıqlara və pis rəftara görə beynəlxalq səyləri dəstəkləyəcəyini bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken açıqlama verib.

Blinkenin sözlərinə görə, Əsəd rejiminin 2011-ci ildən etibarən etibarlı siyasi prosesdə iştirakdan imtina etməsi və Rusiyanın, həmçinin İranın zorakı dəstəklərinə arxalanması rejimin çökməsinə səbəb olub.

“Biz Suriyada hakimiyyətin məsuliyyətli bir hökumətə dinc yolla keçidini, suriyalıların özlərinin rəhbərlik etdiyi inklüziv bir proses vasitəsilə dəstəkləyirik,” – deyə Blinken vurğulayıb.

Qeyd edək ki, bundan öncə Fransa və Almaniya da Suriyada hakimiyyət dəyişikliyini dəstəklədiklərini açıqlamışdılar.

Comments are closed.

Tərcümə »