Ukraynada partizan dəstəsinin komandiri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Sidor Kovpakın büstü dekomunizasiya çərçivəsində sökülüb.
Musavat.com TASS-a istinadla xəbər verir ki, bBu barədə Kiyev Şəhər Şurasının müvafiq komissiyası məlumat yayıb..
Abidə Kiyevdəki Şöhrət parkında quraşdırılmışdı. İctimai xadim Oleq Slabospitski Facebook səhifəsində yazır ki, Kovpakdan başqa sovet hərbi xadimləri İvan Çernyaxovskinin, Pavel Rıbalkonun, Aleksey Fedorovun büstləri də sökülüb.
Bundan əvvəl Ukraynada rus və sovet bioloqu İvan Miçurinin büstü, sovet əsgərlərinin xatirəsinə ucaldılmış iki abidənin götürüldüyü də məlum olub.
Qeyd edək ki, general Kovpak 1941-43-cü illərdə Ukraynada geniş vüsət alan partizan hərəkatının lideri olub. Onun komandanlığı altında döyüşən partizan dəstələri Almaniya ordusuna böyük zərbələr vurub, arxa cəbhə ilə ön cəbhənin əlaqəsini məhdudlaşdırıb və Vermaxt qoşunlarının məğlubiyyətində böyük rol oynayıblar. Bu xidmətinə görə Kovpak iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına, layiq görülüb, çoxlu orden-medallarla təltif edilib.
Bir müddət əvvələ qədər bütün Ukrayna xalqı onunla fəxr edirdi.
Comments are closed.